Qəbələdə narkotik dövriyyəsi və silah saxlamağa görə 2 nəfər tutulub

Qəbələdə narkotik dövriyyəsi və silah saxlamağa görə 2 nəfər tutulub
# 28 avqust 2023 16:46 (UTC +04:00)

Qəbələdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin saxlanılması və kultivasiyası ilə məşğul olduğu üçün məhkum olunmuş rayon sakini Azər Şəfiyev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindəki sellofan torbadan 400 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayət xarakterli hadisələrin qarşısının alınması istiqamətində də tədbirlər keçirilib. Keçirilən tədbirlər zamanı Vüqar Vəliyevdən müvafiq icazəsi olmadan saxladığı 2 ov tüfəngi və 47 ədəd patron aşkarlanıb.
Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR