Qobustanda avtomobil aşıb, sürücü ölüb

Qobustanda avtomobil aşıb, sürücü ölüb
# 15 iyun 2023 13:57 (UTC +04:00)

Qobustanda avtomobil aşıb.

APA xəbər verir ki, 1997-ci il təvəllüdlü Mehdiyev Həbib Əflan oğlu idarə etdiyi özünə məxsus “İnfitini” markalı avtomobillə hərəkətdə olarkən Qobustan qəsəbəsi muzey yolunda idarəetməni itirərək aşıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olan Qobustan qəsəbə sakini 1999-cu il təvəllüdlü Quluzadə Ziya Zeynal oğlu isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fakta görə Qaradağ rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR