​​​​​​​Qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

​​​​​​​Qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
# 13 yanvar 2024 23:29 (UTC +04:00)

Yanvarın 13-də saat 22 radələrində paytaxtın Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan APA-ya bildirilib ki, araşdırmalarla 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı qohumu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***.

23.00

Bakının Səbail rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Fətəliyev Etibar Bəxtiyar oğlu bıçaqlanmış vəziyyətdə 3 saylı Təcili Tibbi Yardım stansiyasına gəlib. O, təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

E.Fətəliyev bir neçə bıçaq zərbəsindən çoxlu qan itirib.

Faktı Səbail Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları araşdırır.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, 1993-cu il təvəllüdlü İsmayılov Yusif İdrıs oğlu saxlanılıb.

İlkin məlumata görə cinayət şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR