"Ramin yeraz" ləqəbi ilə tanınan ifaçı 5 il azadlıqdan məhrum olunub

"Ramin yeraz" ləqəbi ilə tanınan ifaçı 5 il azadlıqdan məhrum olunub
# 14 dekabr 2021 14:11 (UTC +04:00)

Sosial şəbəkələrdə "Ramin yeraz" ləqəbi ilə narkotik vasitələri təbliğ etməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. İsmayılov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nizami rayon sakini olan Ramin İsmayılov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində 5,140 qram heroin aşkar olunub.

R. İsmayılov bundan əvvəl 2018-ci ildə dələduzluqda şübhəli bilinərək saxlanılıb. O, sosial şəbəkələrdə “Ramin yeraz” ləqəbi ilə ifaçı kimi tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR