"Bu gün amerikalılar üçün həyəcanverici bir gündür. Məqsəd necə və daha yaxşı gələcək qurmaqdır".
APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında ABŞ-da keçirilən prezident seçkilərini şərh edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta söyləyib.
R. Sekuta deyib ki, demokratiya yalnız seçkilər demək deyil: "Əsas önəmli məsələ qanunun aliliyidir. Seçkilər insanlara öz hisslərini ifadə etmək imkanı yaradır. Eyni zamanda liderlərə həmin insanların fikirlərini dinləmək imkanı verir".