Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə dövriyyəsində təqsirləndirilən Malik Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə M. Babayev ittiham aktı üzrə özünü təqsirli bilməyib.
Buna görə 19 kiloqram narkotik maddə olan marixuana maddi sübut kimi məhkəməyə gətirilib və hakimlər kollegiyasına təqdim edilib.
Narkotik maddəyə məhkəmə kollegiyası və hal şahidlərinin iştirakı ilə baxış keçirilib.
Məhkəmə narkotik maddənin təkrar ekspertizadan keçirilməsi haqqında qərar qəbul edib.
Qeyd edək ki, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Malik Babayev həbs edilib.
Malik Babayevdən 19 kiloqram 5 qram marixuana götürülüb.