Sabirabadda avtomobil 65 yaşlı kişini vuraraq öldürüb

Sabirabadda avtomobil 65 yaşlı kişini vuraraq öldürüb
# 12 oktyabr 2023 12:32 (UTC +04:00)

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydə alınıb. Sabirabad rayonunun Moranlı kənd sakini, Oçaqverdiyev Ramiz İltifat oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yolu keçən piyada - Zal Qarağac kənd sakini, 1958-ci il təvəllüdlü Pənah Ağamalıyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR