Sabirabadda avtomobil piyadaya xəsarət yetirib

Sabirabadda avtomobil piyadaya xəsarət yetirib
# 15 oktyabr 2023 21:47 (UTC +04:00)

Sabirabadda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil DYP postunun qarşısında piyadanı vurub. Piyada komatoz vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR