Sabirabadda qəzada 4 nəfər xəsarət alıb - FOTO

Sabirabadda qəzada 4 nəfər xəsarət alıb - FOTO
# 14 oktyabr 2023 18:26 (UTC +04:00)

Sabirabadda yol qəzasında 4 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaragüney kəndindən keçən hissəsində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan “Toyota Prado” markalı avtomobil “Opel” markalı avtomobilə dəyərək yolun kənarındakı kanala aşıb, oradan da kanalın digər sahilinə yuvarlanıb. Nəticədə avtomobildə olan İmişli rayonunun Boşçalılar kənd sakinləri, 1963-cü il təvəllüdlü Cəfərov Bayram Saday oğlu, 1968-ci il təvəllüdlü Nuriyeva Sevil Usub qızı, 1996-cı il Cəfərov Seymur Bayram oğlu (sürücü), 1995-ci il təvəllüdlü Əliyev İlkin İlqar oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Bayram Cəfərovun vəziyyətinin ağır olduğu qeyd edilir.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR