Şabranda teplovoz yanıb

Şabranda teplovoz yanıb
# 29 oktyabr 2019 17:49 (UTC +04:00)

Şabranda yanğın olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabran şəhəri Nizami küçəsində, Biləcəri Lokomotiv Deposuna məxsus "TEM-27661" markalı teplovozda baş verib. Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Teplovozun mühərrik hissəsi qismən yanıb.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR