Saleh Rüstəmli aclığı dayandırıb - VİDEO

Saleh Rüstəmli

© APA | Saleh Rüstəmli

# 16 dekabr 2021 14:19 (UTC +04:00)

Gədəbəy rayonunun həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli aclığı dayandırıb.

Bunu APA-ya açıqlamasında onu müayinə edən həkim, professor Adil Qeybulla deyib.

A. Qeybulla bildirib ki, hazırda onun yanından gəlir: "Mənim və qardaşının təkidi ilə Saleh Rüstəmli aclıq aksiyasını dayandırdı. Bundan sonra onun səhhətinin yaxşılaşması istiqamətində müalicələr aparılacaq".

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S. Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR