Salyanda elektriklə balıq ovlayan şəxsi cərəyan vurub

Salyanda elektriklə balıq ovlayan şəxsi cərəyan vurub
# 17 mart 2024 13:01 (UTC +04:00)

Salyanda elektriklə balıq ovlayan şəxsi cərəyan vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Sarvan kəndində qeydə alınıb.

Həmin ərazidən keçən kollektorda elektriklə balıq ovlamaq istəyən Lənkəran sakini Babayev Orxan Baba oğlunu cərəyan vurub.

O, ağır vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR