Salyanda ferma yanıb

Salyanda ferma yanıb
# 24 avqust 2022 10:14 (UTC +04:00)

Salyan rayonunda yanğın olub.

APA FHN-in saytına istinadən xəbər verir ki, Salyan rayonunun Yuxarı Noxudlu kəndində fermanın (hazırda fəaliyyət göstərmir) ərazisində ümumi sahəsi 624 m² olan tövlənin yanar konstruksiyaları 540 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR