Salyanda kişi bıçaqlanıb

Salyanda kişi bıçaqlanıb
# 27 dekabr 2023 09:56 (UTC +04:00)

Dekabrın 26-da saat 19 radələrində Salyan rayonunun Xurşud kəndi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Səxavət Nuriyev müəyyən olunaraq saxlanılıb.

Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR