Şamaxıda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Şamaxıda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
# 16 avqust 2019 09:27 (UTC +04:00)

Bakı-Şamaxı yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 1:00 radələrində magistral yolun Şamaxının Meysəri kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 90-EB-056 dövlət nömrə nişanlı "VAZ 2107" və 10-ML-960 dövlət nömrə nişanlı "Tofaş" markalı minik avtomobillərinin toqquşması nəticəsində Şamaxı sakinləri -1965-ci il təvəllüdlü Zahidov Qabil Umbay oğlu, 1976-cı il təvəllüdlü Zahidov Zahir Umbay oğlu, 1993-cü il təvəllüdlü Qeybalıyev Elnur Mais oğlu və İsmayıllı sakini, 1994-cü il təvəllüdlü Xaliqzadə Əkbər Elşad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR