Şamaxıda iki avtomobil toqquşub, bir uşaq ağır xəsarət alıb - FOTO

Şamaxıda iki avtomobil toqquşub, bir uşaq ağır xəsarət alıb - FOTO
# 04 avqust 2019 15:41 (UTC +04:00)

Şamaxı rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:30 radələrində Şamaxının Çuxuryurd kəndində qeydə alınıb.

"VAZ 2107" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir uşaq ağır xəsarət alıb və Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR