Samux sakini yıxılaraq  ölüb

Samux sakini yıxılaraq  ölüb
# 19 sentyabr 2021 11:21 (UTC +04:00)

Samuxda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.
1964-cü il təvəllüdlü Rəhimov Ədil Adıl həyəti suvarmaq üçün su açan zaman yıxılıb. Xəstəxanaya aparılan 57 yaşlı kişinin öldüyü məlum olub.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
İlkin məlumata görə, mərhum ürək tutmasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR