Samuxda hovuza düşən uşaq son anda xilas edilib, vəziyyəti ağırdır

Samuxda hovuza düşən uşaq son anda xilas edilib, vəziyyəti ağırdır
# 12 avqust 2019 22:06 (UTC +04:00)

Samux rayonunda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

2014-cü il təvəllüdlü Zeyid Həsənli ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun həyətlərindəki hovuza düşərək boğulduğu deyilir. Azyaşlı hazırda özəl xəstəxanaların birinə yerləşdirilib.

Samux Rayon Polis Şöbəsində hadisənin təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR