Samuxda orta məktəb gözətçisinə zor tətbiq edilib

Samuxda orta məktəb gözətçisinə zor tətbiq edilib
# 14 avqust 2023 12:12 (UTC +04:00)

Samux rayonunda soyğunçuluq edilib.

DİN-dən APA-ya verilən məlumata görə, avqustun 12-də Samux rayonunun Kolayır kəndi ərazisindəki orta məktəbin gözətçisinə zor tətbiq edilərək mobil telefonunun alınması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Şəmsi müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR