Şəki sakininə məxsus avtomobil yanıb

Şəki sakininə məxsus avtomobil yanıb
# 10 sentyabr 2019 09:00 (UTC +04:00)

Şəkidə minik avtomobili yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhəri, Salman Mümtaz küçəsində baş verib.

Rayon sakini Məhərrəm Tofiq oğlu Məmmədova məxsus “Mitsubishi Pajero” markalı minik avtomobilinin mühərrik hissəsində yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri, idarəetmə lövhəsi və qabaq təkərləri yanıb, yüksək temperaturdan ön şüşəsi əriyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR