Şəkidə biçilmiş taxıl sahələrində baş vermiş yanğın tam söndürülüb

Şəkidə biçilmiş taxıl sahələrində baş vermiş yanğın tam söndürülüb
# 06 avqust 2019 01:22 (UTC +04:00)

Şəkidə 120 hektardan çox ərazi yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, avqustun 5-i günorta saatlarında
rayonun Sarıca kəndində, kənd bələdiyyəsinə məxsus biçilmiş taxıl sahələrində
yanğın baş verib.

Ərazidə havanın küləkli olması səbəbindən yanğın sürətlə genişlənərək dağlıq əraziyə də keçib. Nəticəsində 60 hektar ərazidə biçilmiş taxıl sahəsi, 75 hektar dağlıq ərazidə isə kol-kos və quru ot yanıb.

Hadisə yernə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən üç yanğınsöndürən maşın və şəxsi heyət, Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən isə bir yanğınsöndürən maşın və şəxsi heyəti cəlb edilib.

Yanğın məhdudlaşdırılaraq tam söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR