Sel nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolu təmirə bağlanıb - FOTO - YENİLƏNİB

Sel nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolu təmirə bağlanıb - FOTO  - YENİLƏNİB
# 26 avqust 2023 21:36 (UTC +04:00)

Yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırda aidiyyəti dövlət qurumları tərəfindən koordinasiyalı şəkildə müvafiq zəruri tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

Saat 19:23

Bu gün günorta saatlarında başlayan güclü leysan xarakterli yağışlar Göyçayda bir sıra fəsadlar törədib.

APA -nin Şirvan bürosu xəbər verir ki, yağan güclü leysan yağışları nəticəsində Göyçayın Qaraməryəm qəsəbəsinə, Yekəxana, eləcə də Şahsoltanlı kəndlərinə ciddi ziyan dəyib. Sel nəticəsində, Bakı-Şamaxı-Yevlax yolunda infrastruktur və yol qurğuları sıradan çıxıb. Ərazidə yerləşən obyektlər su altında qalıb.

İlkin məlumatlara əsasən, sel xırdabuynuzlu heyvanları da aparıb. Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hər iki istiqamətdə hərəkət məhdudlaşdırılıb.

Ümumilikdə 7 avtomobil sel suları altında qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR