Şəmkir və Qəbələ sakinlərindən odlu silah götürülüb

Şəmkir və Qəbələ sakinlərindən odlu silah götürülüb
# 21 oktyabr 2019 12:29 (UTC +04:00)

Şəmkir və Qəbələ sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini E.Bayramovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və nömrəsi silinmiş qaz tapançası aşkar edilərək götürülüb.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Vəndam qəsəbə sakini Q.Qasımovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR