Şəmkirdə minik maşınının aşması nəticəsində ana və oğlu ölüb - YENİLƏNİB-1 - ADLAR - FOTO

Şəmkirdə minik maşınının aşması nəticəsində ana və oğlu ölüb - YENİLƏNİB-1  - ADLAR  - FOTO
# 31 avqust 2023 23:43 (UTC +04:00)

Xəbərə fotolar əlavə olunub.

***

Saat 23:42

Şəmkirdə baş verən ağır qəzada ölənlərin kimliyi bilinib.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxslər 1980-ci il təvəllüdlü D.Nəbiyeva və onun övladı, 2002-ci il təvəllüdlü E.Nəbiyevdir.

Qeyd edək ki qəzaya düşənlər Tovuz rayon sakinləridir.

***

Saat 20:32

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alımıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı iki nəfər hadisə yerində ölüb.

Xəsarət alan dörd nəfər - sürücü, 1996-cı il təvəllüdlü Röyal Namazov, sərnişinlər, 1991-ci il təvəllüdlü Bahar Məmmədova, 1986-cı il təvəllüdlü Aygün Mustafayeva və 1969-cu il təvəllüdlü Mahir Bayramov xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR