Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-dən APA-ya verilən məlumata görə, yanvarın 30-da saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini Elşən Quliyev idarə etdiyi “Murovey” markalı motosikleti yolun kənarında dayanmış “Hyundai” markalı avtomobilə vurub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Aysel Şahmar