Şirvanda avtomobil 2 piyadanı vurub - VİDEO

Şirvanda avtomobil 2 piyadanı vurub - VİDEO
# 20 oktyabr 2022 21:59 (UTC +04:00)

Şirvanda avtomobil 2 nəfəri vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Mehdixan Süleymanovu və daha bir nəfəri vurub. Ağır xəsarət alna M.Süleymanov Şirvan xəstəxanasına çatdırılıb. Digər piyada yüngül xəsarət alıb.

Qeyd edək ki, Mehdixan Süleymanov Şirvan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR