Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. “Ford” markalı 90 CY 719 dövlət nömrə nişanlı avtomobil yolu keçən piyada, Tovuz rayonu Qaraxanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Əli Ələmdar oğlunu vurub. Piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.