Şirvanda həmyerlisini xüsusi amansızlıqla öldürən şəxsin istintaqı başa çatıb

Şirvanda həmyerlisini xüsusi amansızlıqla öldürən şəxsin istintaqı başa çatıb
# 25 sentyabr 2021 09:31 (UTC +04:00)

Şirvan şəhərində qətl törətməkdə təqsirləndirilən Xəyyam Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyun ayında Şirvanda qeydə alınıb. Şəhər sakini Fəxrəddin Babayev həmyerlisi Mirzəyev Xəyyam Mehman oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR