Siyəzəndə 2 nəfəri maşın vurub

Siyəzəndə 2 nəfəri maşın vurub
# 02 avqust 2019 13:58 (UTC +04:00)

Siyəzəndə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birinin qarşısında qeydə alınıb. Hərəkətdə olan nəqliyyat vasitəsi rayon sakinləri – 1957-ci il təvəllüdlü Abbasov Muxtar Şükür oğlunu və 2001-ci il təvəllüdlü Nərimanov Hökmulla Rəsul oğlunu vurub. Hər iki şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan M.Abbasovun vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb, H.Nərimanov isə ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR