Bakıda tanışını öldürən şəxs kassasiya şikayəti verib

Bakıda tanışını öldürən şəxs kassasiya şikayəti verib
# 15 iyun 2019 13:38 (UTC +04:00)

Bakıda qətl törədən Zakir Məmmədov Ali Məhkəməyə müraciət edib.

APA-nın məlumatına görə, Z. Məmmədovun kassasiya şikayətində barəsində çıxarılan cəzanın yüngülləşdirilməsi ilə bağlıdır.

Şikayət hakim Şahin Yusifovun icraatına verilib. Məhkəmə baxışı yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, 2017-ci il fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovun meyiti Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb.

Məlum olub ki, F.Hüseynov həmin ünvanda tanışı Z.Məmmədovla mübahisə edib. Mübahisə zamanı Z.Məmmədov F.Hüseynovun baş nahiyəsindən küt alətlə vurub. O, aldığı xəsarətdən ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Z.Məmmədov tutulub.

İstintaq araşdırması zamanı Z.Məmmədovun vətəndaşın etibarından sui istifadə edərək dələduzluq əməli törətməsi də müəyyən olunub. Buna görə də o, qətl hadisəsi törətməmişdən əvvəl dələduzluq etdiyi üçün axtarışda olub.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 186-cı ( əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə Z.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR