Su hövzələrində təhlükəsizliyin təmin olunması mövzusunda təlim keçirilib - VİDEO

Su hövzələrində təhlükəsizliyin təmin olunması mövzusunda təlim keçirilib - VİDEO
# 23 avqust 2023 12:19 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhəri Corat qəsəbəsinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərin daha da təkmilləşdirilməsi olub.

Təlimdə FHN-in Sumqayıt Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Təlimdə şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı “zərərçəkmiş” xilasedicilər tərəfindən “xilas edərək” ilkin yardım göstərilib, aidiyyəti üzrə təhvil verilib.

Uğurla icra olunan təlimdən sonra xilasedicilərin xilasetmə zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR