Sükan arxasında videoya baxan "BakuBus" sürücüsü işdən çıxarılıb

Sükan arxasında videoya baxan "BakuBus" sürücüsü işdən çıxarılıb
# 09 mart 2024 15:04 (UTC +04:00)

"Sosial şəbəkələrdə “BakuBus” MMC-yə məxsus avtobusu idarə edən sürücünün xidmət zamanı tum çırtlaması və mobil telefonunda videoya baxmasını əks etdirən video görüntülər yayılıb. Məsələ tərəfimizdən dərhal araşdırılmış, “BakuBus” MMC-nin istismarında olan 211 nömrəli marşrut xəttinin sürücüsü Ceyhun Camalov olduğu müəyyənləşdirilib".

"APA-Economics"in “BakuBus” MMC-yə istinadən xəbərinə görə, qeyd olunan hal “BakuBus”ın xidmət qaydalarının kobud pozuntusu kimi qiymətləndirilib və onun Əmək qanunvericiliyinə uyğun olaraq işdən azad olunması barədə qərar qəbul edilib:

"Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımlar atılacaq. Fürsətdən istifadə edərək keyfiyyət standartlarını fəaliyyət prioriteti elan edən “BakuBus”ın bundan sonra da bu kimi hallara qarşı barışmaz olacağını bir daha diqqətə çatdırır, sərnişinlərimizə müraciət edərək bu kimi hallarla qarşılaşdıqları zaman bizə məlumat vermələrini xahiş edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR