Sumqayıt sakini su əvəzinə kimyəvi maddə içərək ölüb

Sumqayıt sakini su əvəzinə kimyəvi maddə içərək ölüb
# 29 oktyabr 2019 23:30 (UTC +04:00)

Sumqayıtda 79 yaşlı kişi səhvən kimyəvi maddə içərək ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda baş verib.

Sumqayıt şəhər sakini, 1940-cı il təvəllüdlü Rəcəbov Sovet Müstəcəb oğlu öz evində səhvən su əvəzinə kimyəvi maddə içib. Yaşlı kişini dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR