Sumqayıtda dənizdə meyiti tapılan kişinin intihar etdiyi məlum olub

Sumqayıtda dənizdə meyiti tapılan kişinin intihar etdiyi məlum olub
# 28 iyun 2019 16:13 (UTC +04:00)

İyunun 26-da Sumqayıtda dənizdə meyiti tapılan kişinin şəxsiyyəti müəyyənləşib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu, 1961-ci il təvəllüdlü Valeri Viktoroviç Ponomrenkodur. Onun intihar etdiyi bildirilir.

Qeyd edək ki, iyunun 26-da Sumqayıtda dənizdə kişi meyiti tapılıb.

Orta yaşlarında kişi meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun axtarışları nəticəsində aşkar olunub.

Xatırladaq ki, həmin şəxs iyunun 24-də dənizdə batmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR