Sumqayıtda evlərdən silsilə oğurluqlar edən şəxs tutulub

Sumqayıtda evlərdən silsilə oğurluqlar edən şəxs tutulub
# 07 iyun 2019 15:04 (UTC +04:00)

Sumqayıt şəhərində evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş İ.Nağıyevin ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun şəhər ərazisindəki daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR