Sumqayıtda huşsuz vəziyyətdə tapılan qadın ölüb

 Sumqayıtda huşsuz vəziyyətdə tapılan qadın ölüb
# 09 avqust 2019 21:34 (UTC +04:00)

Bu gün axşam saatlarında şəhərin 12-ci mikrorayonunda huşsuz vəziyyətdə qadın tapılıb.

APA-nın yerli bürosuna görə, onun 1951-ci ilı təvəllüdlü Haciyeva Əzizə Pənah qızı olduğu müəyyən edilib.

O, təcili tibbi yardım maşını ilə dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb, qadın dünyasını dəyişib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR