Sumqayıtda yolu keçən azyaşlıları maşın vurub

Sumqayıtda yolu keçən azyaşlıları maşın vurub
# 29 oktyabr 2019 14:18 (UTC +04:00)

Sumqayıtda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisələrin hər ikisi şəhər ərazsində qeydə alınıb. Şəhər sakinləri, 2011-ci il təvəllüdlü Nağızadə Aydan Mahir qızı və 2003-cü il təvəllüdlü Niyazov Emil Fuad oğlunu yolu keçmək istəyərkən avtomobil vurub.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR