Sumqayıtda yük maşını qaldırıcı kranla toqquşub - FOTO

Sumqayıtda yük maşını qaldırıcı kranla toqquşub - FOTO
# 05 avqust 2019 09:07 (UTC +04:00)

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza şəhərin Sahil küçəsində, Corat abidəsinin qarşısında qeydə alınıb.

Belə ki, Corat abidəsi istiqamətindən hərəkət edən yükqaldırıcı kran Sahil küçəsi ilə hərəkət edən "Ford" markalı kiçiktutumlu yük avtomobili ilə toqquşub. Xəsarət alan olmasa da, "Ford" markalı avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub və qəzanın baş vermə səbəbləri araşdırılır.

Qəza səbəbindən bir müddət yolda sıxlıq yaranıb. Yol polisinin müdaxiləsindən sonra nəqliyyatın hərəkəti bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR