Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər yaralanıb. Hadisə Pirşağı qəsəbəsində baş verib.
APA-nın məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan 1998-ci il təvəllüdlü Vəliyev Maqsud Murad oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb.
Qəza zamanı sürücü M.Vəliyev və avtomobildə olan sərnişin - 25 yaşlı Məmmədova Fərqanə Mais qızı xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. M.Vəliyevə döş qəfəsinin əziyi, F.Məmmədovaya isə sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.