Terrorçuluqda təqsirləndirilən İki Ermənistan vətəndaşının məhkəməsi təxirə düşüb - YENİLƏNİB

Terrorçuluqda təqsirləndirilən İki Ermənistan vətəndaşının məhkəməsi təxirə düşüb  - YENİLƏNİB
# 14 dekabr 2021 10:43 (UTC +04:00)

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı-Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilməli olan prosesin təxirə düşməsinə səbəb kimi təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməməsi göstərilib.

Prosesin dekabrın 17-də keçiriləcəyi bildirilib.

***

09.15

Bu gün terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi başlayır.

APA-nın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və məhkəmənin baxış iclasının təyin olunacağı gözlənilir.

Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.

Fuad Nazimoğlu

Səlcuq Elçin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR