Tərtərdə məhkəmənin qarşısında arvadının başını kəsərək öldürən şəxsin məhkəməsi başlayır

Tərtərdə məhkəmənin qarşısında arvadının başını kəsərək öldürən şəxsin məhkəməsi başlayır
# 15 sentyabr 2021 19:10 (UTC +04:00)

Tərtərdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Anar Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyul ayında Tərtər rayon Məhkəməsinin qarşısında baş verib.

Rayon sakini Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı başını kəsərək qətlə yetirib.

Hadisəni boşanma üstündə baş verdiyi bildirilir.

A. Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR