Qax rayonunda qətl hadisəsi olub.
APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, bu gün rayon sakini, 1959-cu il təvəllüdlü Aydın Musa oğlu Musayev qonşusu, 1949-cu il təvəllüdlü Nəbi Hacıislam oğlu Hacıyev tərəfindən güllələnərək öldürülüb.
Hadisəni törətməkdə şübhəli sayılan Nəbi Hacıyev saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə ağac əkmək üstündə baş verib. Aydın Musayev ərazidə ağac əkərkən Nəbi Hacıyev həmin torpaq sahəsinin ona aid olduğunu bildirib. Nəticədə mübahisə yaranıb. Nəbi Hacıyev Aydın Musayevi tüfəngdən açdığı atəşlə qətlə yetirib.
Hadisəni törədən Nəbi Hacıyev təqaüddə olan keçmiş polis işçisidir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.