TikTok-da canlı yayımda pişiyə işgəncə verən şəxs müəyyən olunub - FOTO

TikTok-da canlı yayımda pişiyə işgəncə verən şəxs müəyyən olunub - FOTO
# 11 avqust 2023 10:03 (UTC +04:00)

Goranboyda pişiyə ev quşlarını yediyinə görə işgəncə verən şəxs müəyyən edilib.

APA-nın yerli bürosunun məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsin rayon sakini 1990-cı il təvəllüdlü Nizami Səlimov olması müəyyən edilib. Rayon Polis şöbəsində şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Həmin şəxs TikTokda canlı yayımda pişiyi ağacdan asmasını paylaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR