Qohumu ilə mübahisə edən Tovuz sakini havaya atəş açıb

Qohumu ilə mübahisə edən Tovuz sakini havaya atəş açıb
# 26 oktyabr 2019 12:57 (UTC +04:00)

Tovuzda həmkəndlilər arasında mübahisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 25-də saat 17.00 radələrində Tovuz rayonunun Hacallı kəndi ərazisində kənd sakini N.Abdıyevin həmkəndlisi olan qohumu H.Qasımovla aralarında yaranmış münaqişə zəminində üzərində olan “Makarov” markalı tapançadan havaya 3 dəfə atəş açıb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə N.Abdıyev saxlanılıb, ondan cinayətdə istifadə etdiyi nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR