Tovuzda qəzada sürücü və azyaşlı ölüb, 2 nəfər xəsarət alıb- FOTO - YENİLƏNİB-2 - VİDEO

Tovuzda qəza

© APA | Tovuzda qəza

# 28 avqust 2022 19:50 (UTC +04:00)

Tovuzda baş verən qəzada ölənlərin sayı 2 nəfərə çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılzadə Müşviq də həkimlərin səyinə baxmayaraq həyatını itirib.

***

saat 19.31

Tovuzda baş verən qəzada ölən azyaşlının kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qıza zamanı "VAZ 2107" markalı minik avtomoblinin sərnişini 2011-ci il təvəllüdlü Mustafayev Fərid Yaşar oğlu həyatını itirib.

***

saat 15.32

Tovuzda baş verən qəzada xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, "VAZ 2107" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri - 1988-ci il təvəllüdlü Əliyev Elçin, 1992-ci il təvəllüdlü Aslanov Elçin və Tovuz rayon Düz Cırdaxan kənd sakini 1990-cı il təvəllüdlü İslamzadə Müşviq xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan İslamzadə Müşviqin vəziyyətinin ağır olduğu bildirilir

***

saat 14.00

Tovuzda ölümlə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb, bir azyaşlı hadisə yerində ölüb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR