Tovuzda serebral iflic xəstəsi qızılcadan ölüb - YENİLƏNİB

Tovuzda serebral iflic xəstəsi qızılcadan ölüb - YENİLƏNİB
# 05 fevral 2024 20:42 (UTC +04:00)

04.02.2024 tarixində saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü İsmayılov Yusif Raul oğlu Tovuz MRX Təcili yardım şöbəsinə yerləşdirilib.

APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, daxil olarkən vəziyyəti ağır olub.

Uşaq, həmçinin serebral iflic xəstəsi olub. Saat 13:20 radələrində Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Vəziyyəti ağırlaşdığına görə müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Bütün görülən tədbirlərə baxmayaraq, xəstə saat 14:50 radələrində ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib.

Aləmdə Nəsib

***

Saat 18:19

Tovuzda azyaşlı xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Y.İ. fevralın 4-də Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Azyaşlı bu gün 16 radələrində xəstəxanada dünyasını dəyişib. Onun qızılcadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR