10 ayda 420 mln. manat həcmində sığorta haqqı toplanıb

10 ayda 420 mln. manat həcmində sığorta haqqı toplanıb
# 21 noyabr 2016 14:37 (UTC +04:00)

Cari ilin yanvar-oktyabr ayları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 420 milyon manat həcmində sığorta haqqı toplanıb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 mln. manat və ya  11 % çoxdur.

 

Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 191 mln. manat təşkil edib ki, bu da ötən ilə nisbətdə 36% çoxdur. Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunub. Belə ki, cari ilin 10 ayı ərzində könüllü sığorta növləri üzrə haqlar 15%, ödənişlər isə 38% artıb.

 

İcbari sığorta növləri üzrə haqlar 4%, ödənişlər isə 30% artaraq müvafiq olaraq 148 və

47 mln. manat təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR