Adil İsmayılovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar ləğv edilib

Adil İsmayılovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar ləğv edilib
# 24 sentyabr 2019 17:54 (UTC +04:00)

Vəkillər Kollegiyasının Rəyasət Heyəti Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərarını ləğv edilib. 

APA-nın məlumatına görə, bu barədə A. İsmayılov “Facebook”da məlumat verib.

“Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi”, - deyə A. İsmayılov bildirib. 

Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında A. İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar qəbul edilib. Qərar intizam icraatı çərçivəsində qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR