Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə etməklə pullarını mənimsəyən şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən rayonun Həsənli kənd sakini Emin Əsgərov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs bir neçə rayon sakininin etibarından istifadə edərək, onlara sosial yardım düzəldəcəyi barədə yalan vədlər verərək pullarını dələduzluq yolu ilə mənimsəyib.
Polis əməkdaşları Emin Əsgərovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
Vətəndaşlara sosial yardım düzəldəcəyini vəd edərək dələduzluq edən şəxs tutulub
© APA | Emin Əsgərov
23 noyabr 2021 11:01 (UTC +04:00)
Hadisə
Şəkidə minik və yük avtomobili toqquşub, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB
23:31
13 sentyabr 2024
Yarım milyard manatlıq kibercinayətkarlıqla bağlı mütəşəkkil dəstənin məhkəməsi başlayıb
15:15
13 sentyabr 2024
Samuxda təmir sexi və avtomobil yanıb
14:15
13 sentyabr 2024
Auditorlar Palatasının 717 minlik mənimsəmədə ittiham olunan vəzifəli şəxsləri məhkəmədə ifadə verib
13:10
13 sentyabr 2024