VHP üzvü faciəli şəkildə ölüb - YENİLƏNİB - VİDEO

Xəyyam Təhməzov

© APA | Xəyyam Təhməzov

# 17 dekabr 2021 09:26 (UTC +04:00)

Dekabrın 16-sı saat 11 radələrində paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən “İndigo” MMC-yə məxsus mətbəədə operator vəzifəsində işləyən 1993-cü il təvəllüdlü Xəyyam Təhməzovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Xəyyam Təhməzov mətbəədə kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyərkən avadanlığın içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyəsini saldığı avadanlığın hidravlik pressinin arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

***

09:11

Bakıda gənc faciəli şəkildə ölüb.

APA xəbər verir ki, sosial şəbəkələrdə "Xəyyam Yaşıl" kimi tanınan 28 yaşlı Xəyyam Təhməzov çalışdığı nəşriyyatda çap maşınının arasında qalaraq ölüb.

Qeyd edək ki, X. Təhməzov Vətəndaş Həmrəyliyi Partiyasının Cəbrayıl rayon təşkilatının və Nida Vətəndaş Hərəkatının fəal üzvlərindən olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR